“Sabah” tarixində ilk dəfə Premyer Liqa oyununda 5 qol buraxıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu XIII turun “Qarabağ”la görüşündə darmadağın olub.
Paytaxt təmsilçisi səfər matçında çempionatın liderinə 1:5 hesabı ilə uduzub. Bunadək “Sabah” dörd qarşılaşmada 4 qol buraxıb.
“Qarabağ”a qədər 5 top vuran isə olmayıb. Paytaxt klubunu 4 dəfə məyus edən sonuncu komanda da ağdamlılar olmuşdu. Yeddi ay əvvəl “Sabah” öz meydanında 0:4 hesabı ilə uduzmuşdu.
Ümumiyyətlə, bakılılar həm də ən böyük fərqli məğlubiyyət antirekordunu da təkrarlayıb. “Sabah” bunadək üç dəfə 0:4 hesabı ilə darmadağın olmuşdu.
“Sabah”ın 4 və daha çox qol buraxdığı oyunlar
19.08.2018. “Sabah” – “Sumqayıt” – 1:4
10.11.2018. “Sabah” – “Səbail” – 0:4
07.03.2020. “Neftçi” – “Sabah” – 4:0
09.05.2021. “Sabah” – “Qarabağ” – 0:4
04.12.2021. “Qarabağ” – “Sabah” – 5:1