“Sabah”ın təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşü keçirəcəyi rəqiblərdən ikisi məlum olub.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Macarıstan və Serbiya klubu ilə üz-üzə gələcək.
Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq Murad Musayevin yetirmələri ilk olaraq yanvarın 15-də “Pakş”la (Macarıstan) qarşılaşacaq. Ayın 25-dəki rəqib isə “Mladost” (Luçani, Serbiya) olacaq.
Qeyd edək ki, yanvarın 6-da Bakıda bir araya gələcək və ayın 12-dən 26-na qədər Antalyada hazırlıq keçəcək “Sabah” 3 yoxlama görüşü planlaşdırır.