AFFA növbəti mövsümdən sifariş vərəqindəki legioner sayına məhdudiyyət tətbiq edəcək.
Apasport.az saytının məlumatına görə, klublar 2022/23 mövsümündə 14, 2023/24 mövsümündə 12 əcnəbini iştirak ərizəsinə daxil edəcək.
Əlavə legionerlər üçün 50 min manat ödənilməli olacaq. Maraqlıdır, görəsən indiki durumda hansı klub üçün belə təhlükə var?
Bunun üçün klubların PFL-dəki sifariş vərəqlərinə baxmaq yetərlidir. Düzdür, bütün dərdlərə milliləşmənin dərman edildiyi futbolumuzda Azərbaycan pasportu alan gəlmələr yetərincə çoxdur. Klublarda belə oyunçular hesabına legioner sayında reallığı gizlədə bilir və belə də olacaq.
Legioner statuslu oyunçulara gəlincə, hazırda rekord “Sabah”dadır. İştirak ərizəsində 14 əcnəbi klub yeni mövsüm üçün təhlükədədir. Əlavə pul ödəməmək üçün bakılılar yeni legioner almamalıdır. Almaq üçün isə kimisə göndərməlidir. Digər klublar isə qarşıdakı limitdən uzaqdadır.
İştirak ərizəsində legioner sayı
“Sabah” - 14
“Neftçi” – 10
“Qarabağ” – 9
“Zirə” – 9
“Qəbələ” - 9
“Şamaxı” - 7
“Səbail” - 4
“Sumqayıt” - 1