"Sabah" üçün rəqib - "Spartak"ın əvəzediciləri
17.01.2020 - 22:49
Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Rusiya təmsilçisi “Spartak”ın əvəzediciləri ilə qarşılaşacaq. Moskvalılarla görüş yanvarın 21-də baş tutacaq.
Qeyd edək ki, yanvarın 8-dən Türkiyədə hazırlıq keçən “Sabah” toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klubları ilə qarşılaşıb. Komanda yanvarın 19-da Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0