“Sabah”da koronavirusa yoluxan məşqçilər və futbolçu sağalıb.
Bu barədə apasport.az saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, noyabrın ayın sonlarında testi pozitiv çıxan 6 nəfər virusdan artıq qurtulub. Komandanın məşqçiləri Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və gürcüstanlı futbolçusu Mixeil Erqemlidzenin son testi neqativ olub. Onlar həm Azərbaycan kubokunun 1/8 final mərhələsində, həm də Premyer Liqanın XIV turunda iş başında ola biləcəklər.
Qeyd edək ki, dekabrın 11-də ölkə kuboku çərçivəsində “Kəpəz”i qəbul edəcək “Sabah” Premyer Liqada birinci yarının “Səbail”lə (16 dekabr) son görüşünü səfərdə keçirəcək.