“Sabah”ın baş məşqçisindən etiraf: “Mükafatçılar sırasına düşmək çətin olacaq”
20.02.2022 - 18:59
“Sabah”ın baş məşqçisindən etiraf: “Mükafatçılar sırasına düşmək çətin olacaq”

“Döyüşkən oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Premyer Liqanın XVI turunun “Zirə” ilə görüşündən sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “Meydanda boşluq yox idi. Çox epizodlar yarandı. Matç ilk səhvə qədər belə keçdi. Bu səhvi təəssüf ki, biz etdik. Sonra oyunu dəyişə bilmədik. Mükafatçılar sırasına düşmək çətin olacaq. Böyük fərq var. Avrokuboklara ümid etmək ağırdır. Maksimum çalışmalı, hər qarşıdakı görüşə final kimi çıxmalıyıq”.

Qeyd edək ki, oyun “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.