"Sabah"ın bu günü - FOTOSESSİYA
01.06.2020 - 23:09
"Sabah" klubu koronavirus pandemiyası ilə bağlı yaranmış uzunmüddətli fasilədən sonra ilk məşqinə çıxıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu bu gün bir araya gəlib.
Komanda baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında hazırlıq keçib. Bərpadan sonrakı ilk məşqdə bütün futbolçular iştirak edib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında məcburi fasilə iyunun 21-də başa çatacaq. "Sabah" XXI turda evdə “Keşlə” ilə qarşılaşacaq.
0
0