“Sabah”ın siftəsi kor oldu - Alimidən yeni rekord
10.05.2022 - 15:44
“Sabah”ın siftəsi kor oldu - Alimidən yeni rekord

Azərbaycan Premyer Liqasının XXVI turunda təyin olunan 2 penaltinin hər biri maraqlı məqamla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Sabah” mövsümdə ilk dəfə 11 metrlik cərimə zərbəsi imkanı qazanıb.

Lakin milliləşən legioner Aleksey İsayev komandasının siftəsini korlayıb. O, “Səbail”lə qarşılaşmada penaltini boşa verib.

“Qəbələ” – “Neftçi” matçının taleyini həll edən İsnik Alimi isə mövsümdə 4-cü dəfə penaltidən dəqiq olub. O, bu göstəricidə Felipe Santosu arxada qoyub. Sonuncu kimi 3 şans qazanan Filip Ozobiçin bir xətası var.

“Qəbələ” həm də penaltidən daha çox – 4 qol vuran komandadır. 5 belə imkan əldə edən “Qarabağ” 3 dəfə fərqlənib.

Qeyd edək ki, ümumilikdə 22 penaltidən 18-i qolla nəticələnib.

Penalti vuran klublar
1. “Qarabağ – 5 (2-si qeyri-dəqiq)
2. “Qəbələ” - 4
3-5. “Şamaxı”, “Səbail”, “Zirə” – 3
6. “Neftçi” – 3 (1)
7. “Sabah” – 1 (1)
8. “Sumqayıt” – 0

Penalti ilə cəzalanan klublar
1. “Sumqayıt” – 6 (1)
2. “Zirə” – 4 (1)
3. “Neftçi” – 4
4. “Səbail” – 3 (1)
5. “Qarabağ” – 3
6. “Qəbələ” – 1 (1)
7. “Sabah” – 1
8.  “Şamaxı” – 0

Ən azı 3 penalti vuran futbolçular
1. İsnik Alimi (“Qəbələ”) - 4
2. Felipe Santos (“Şamaxı”) – 3
3. Filip Ozobiç (“Qarabağ”) – 3 (1)