“Sampdoriya”da yeni müqavilə - milli üzvü ilə
07.02.2022 - 18:58
“Sampdoriya”da yeni müqavilə - milli üzvü ilə

İtaliya “Sampdoriya”sı futbolçusu Bartoş Bereşinski ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu A seriyası klubunun mətbuat xidməti açıqlayıb.

Polşalı müdafiəçi 2025-ci ilin yayınadək Genuya təmsilçisinin formasını geyinəcək. Əvvəlki anlaşması 2023-cü ilin yayında başa çatmalı olan futbolçunun müqaviləsi daha 2 illik uzadılıb.

Qeyd edək ki, Bereşinski cari mövsümdə A seriyasında 22 matça çıxıb. Polşa yığmasının üzvü bu görüşlərdə iki assistə imza atıb.