“Səbail” Aftandil Hacıyevlə bağlı qərarını verdi
11.05.2022 - 17:16
“Səbail” rəhbərliyi ilə Aftandil Hacıyev arasında gedən danışıqlar başa çatıb.
Apasport.az saytının məlumatına görə, tərəflər mövcud olan müqavilənin daha 1 il uzadılması barədə ortaq məxrəcə gəliblər.
41 yaşlı mütəxəssis 2017-ci ilin yayından Bayıl təmsilçisini çalışdırır. “Dənizçilər” onun rəhbərliyi altında bir sıra yeniliklərə imza atıb.
Komandanı tarixində ilk dəfə Premyer Liqanın bürünc medalçısı edib, Avropa Liqasında iştirakına nail olub (sportinfo.az).
0
0