Azərbaycan Premyer Liqasının X turunda bu gün “Səbail”lə qarşılaşacaq “Sabah” meydana tam heyətlə çıxa bilməyəcək.
Klubdan apasport.az saytına verilən məlumata görə, iki futbolçu zədə ucbatından matçı buraxacaq.
Bunlar serbiyalı müdafiəçi Filip İvanoviç və moldovalı yarımmüdafiəçi Yevgeni Koçukdur. Xüsusən də, ikinci yığmasının heyətindən zədəli dönüb. Onlarla yanaşı, millinin düşərgəsində koronavirusa yoluxan müdafiəçi Təmkin Xəlilzadə də görüşü buraxacaq.
Digər zədəlilərdən müdafiəçilər Slavik Alxasovla Bəhlul Mustafayevin artıq heç bir problemi qalmayıb. Onlar bu gün baş məşqçi Visente Qomesin sərəncamında olacaqlar.
Qeyd edək ki, “Sabah” – “Səbail” matçı saat 16:00-da başlayacaq.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək