“Barselona” və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta Lamin Yamalın çıxışını yüksək qiymətləndirib.
Apasport.az xəbər verir ki, o, 19 yaşlı hücumçunun bu yaşda qazandığı uğurların qeyri-adi olduğunu bildirib:
“Lamin Yamalın 19 yaşında etdikləri normaldırmı? Xeyr, bu, normal deyil. Əks halda, belə şeylərə qadir olan daha çox futbolçu olardı. Burada həqiqətən gözəl və vacib olan onun ambisiyaları, təbiiliyi və qarşısında gözəl gələcəyin olmasıdır.
Onun artıq bu qədər uğur qazanması da diqqətçəkəndir. Futbolçu və “Barselona” kimi klublar üçün əsas çağırış hər il təkrarlanır. Yəni vacib olan artıq nə qazandığın deyil, hər il qazanmağa davam etməyindir. Əsas məsələ budur. Bu yaşda artıq çox vacib, hətta ən böyük titulları qazanan belə futbolçular hər il bunu yenidən etməyin zərurəti ilə üzləşirlər”.
Qeyd edək ki, Lamin Yamal “Qızıl top”a namizədlər arasındadır. Mükafatın yeni sahibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu