Azərbaycan Premyer Liqasında ilk yarını sonuncu pillədə başa vuran “Səbail” qış təlim-məşq toplanışına başlayıb.
Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
Çalışdırıcı digər klublardan fərqli hazırlığı Bakıda keçirəcəklərini söyləyib. Komanda bu müddətdə 4 yoxlama görüşü planlaşdırır. Oyunların tarixi hələ dəqiqləşməsə də, elitanın digər təmsilçisi “Keşlə” ilə iki yoxlama matçı keçirilməsi nəzərdə tutulub. Digər iki görüş isə I divizion komandalarına qarşı olacaq. Hazırda bu yöndə danışıqlar aparılır.
Qeyd edək ki, ilk 14 turda 10 xal toplayan “Səbail” Premyer Liqanın autsayderidir.