“Səbail”in məşqçisi: "Qələbəyə bərabər heç-heçə idi"
04.12.2021 - 18:10
“Çox ağır keçdi. Hər oyuna itkilərlə çıxırıq. Zədəli və cəzalı oyunçularımız olur”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in məşqçisi Vüqar Məmməd deyib.
O, Premyer Liqanın “Keşlə” ilə matçı (2:2) barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Sonadək oynadıq. Hər matç çətin olur. Qələbəyə bərabər heç-heçə idi. Sistemi və bir neçə futbolçunu dəyişdik. Faydası da oldu”
0
0