“Sevilya” 35 yaşlı futbolçusu ilə yeni müqavilə bağladı
04.01.2022 - 17:46
“Sevilya” 35 yaşlı futbolçusu ilə yeni müqavilə bağladı

“Sevilya” yarımmüdafiəçisi Fernando Receslə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 35 yaşlı orta sahə oyunçusunu komandada saxlamağı məqsədəuyğun bilib.

Bu üzdən braziliyalının mövsümün sonuna qədər olan müqavilə müddəti uzadılıb. Yeni sazişə əsasən Fernando 2024-cü ilin yayına – yəni 37 yaşına qədər əndəlüs klubuna məxsus olacaq.

Qeyd edək ki, “Sevilya” Fernandonu 2019-cu ildə “Qalatasaray”dan transfer edib.