“Sumqayıt” “Neftçi”yə qiymət oxudu – 180 min
11.01.2022 - 12:22
“Sumqayıt” “Neftçi”yə qiymət oxudu – 180 min

“Sumqayıt” qapıçı problemi ilə üzləşən “Neftçi”yə öz variantını təklif edib.

Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” Aydın Bayramovun transferini reallaşdırmaq üçün minimum 150-180 min manat təzminat ödəməlidir. “Kimyaçılar” ilyarımlıq müqaviləsi davam eləyən qapıçını bu qiymətdən aşağı rəqəmə satmaq istəmir.

“Neftçi” həmin məbləği ödəsə belə, bu keçid bir qədər zaman alacaq. Çünki “Sumqayıt” özünə başqa qolkiper də tapmalıdır.

Rəhbərlik başa düşür ki, komandanı Tərlan Əhmədlinin ümidinə buraxmaq olmaz, onunla rəqabət apara biləcək birini gətirməlidir. Düşərgədə yer alan digər qapıçıların hamısı isə gənc və təcrübəsizdir (sportinfo.az).