“Sumqayıt”ın qış fasiləsində yola salacağı ilk futbolçunu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, aparıcı oyunçularını satmağı planlaşdıran “gənclik şəhəri” təmsilçisi bir oyunçusunu havayı yola salmağa da razıdır.
Klub rəhbərliyi hücumçu Səid Rzanın xidmətində maraqlı deyil. Mövsümün əvvəlində heyətə cəlb olunan iranlı forvardın çıxışı ürəkaçan olmayıb. Bu səbəbdən 30 yaş Səidin menecerinə ona klub tapması göstərişi verilib. Menecer İranda komanda taparsa, “Sumqayıt” oyunçu ilə mövsümün sonuna qədər olan müqaviləyə xitam verəcək.
Qeyd edək ki, Səid Rza cari mövsüm Premyer Liqada 11 oyunda 1 qol vurub.