“Sumqayıt”ın problemi
31.12.2021 - 11:46
“Sumqayıt”ın problemi

Premyer Liqanın ilk yarısında 72 futbolçu qol vurub.

Apasport.az saytının məlumatına görə, ən çox oyunçusu qol vuran komanda “Neftçi”dir.

Son çempionun 12 üzvü rəqib qapısına yol tapıb. Bu göstəricidə “Qəbələ” ikincidir. “Qırmızı-qaralar”ın 11 futbolçusu qol sevinci yaşayıb.

Çempionatın lideri “Qarabağ” və kubokun son qalibi “Keşlə” isə üçüncü yerə şərikdir. Ən azı oyunçusu fərqlənən isə “Sumqayıt”dır. “Gənclik şəhəri” təmsilçisində yalnız 7 futbolçu qol vura bilib.

1. “Neftçi” - 12
2. “Qəbələ” - 11
3-4. “Keşlə” - 9
“Qarabağ” - 9
5-7. “Sabah” - 8
“Səbail” - 8
“Zirə” - 8
8. “Sumqayıt”    - 7