“Sumqayıt”ın milli üzvü sıradan çıxdı
04.05.2022 - 21:33
“Sumqayıt” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin müdafiəçisi Tellur Mütəllimov sıradan çıxıb.
Azərbaycan millisinin üzvü Premyer Liqanın XXV turunda “Neftçi” ilə matçda zədələnib. İkinci hissədə zədələnən 27 yaşlı cinah oyunçusu mübarizəni davam etdirə bilməyib. Nəticədə 72-ci dəqiqədə onun əvəzinə Elvin Məmmədov meydana daxil olub.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən matçda “Neftçi” 2:0 hesabı ilə öndədir.
0
0