“Sumqayıt”ın şikayəti təmin edilmədi
12.11.2021 - 14:50
Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt”ın yarımmüdafiəçi Murad Xaçayevlə bağlı apellyasiya şikayətinə baxıb.
Apasport.az saytının məlumatına görə, qurum “gənclik şəhəri” təmsilçisinin istəyini geri çevirib.
Qərara əsasən, AFFA İntizam Komitəsinin oktyabrın 29-da çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Murad Xaçayev Premyer Liqanın VIII turunda “Sabah”la keçirilən oyunda aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalandırılıb.
0
0