Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Antalyadakı son yoxlama oyununun vaxtı və yeri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi sabah Qazaxıstan təmsilçisi “Şaxtyor” ilə qarşılaşacaq.
Görüş Bələk bölgəsində yerləşən “Titanik” otelinin stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:00 start götürəcək.
Qeyd edək ki, “Sumqayıt” bunadək üç yoxlama oyunu keçirib. "Kaposvar"a (Macarıstan) 3:4 hesabı ilə məğlub olan Ayxan Abbasovun yetirmələri "Politexnika" (Rumıniya) ilə qollu bərabərə qalıb (1:1), “Arka”ya (Polşa) qalib gəlib – 1:0.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?