“Tottenhem” “Barselona”nın futbolçusuna göz dikib
04.12.2021 - 17:46
“Barselona” ilə yeni müqavilə uzatmaqla bağlı razılığa gələ bilməyən Usman Dembele karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, fransalı vinger “Tottenhem”in hədəfindədir.
London klubunun direktoru Fabio Paratiçi qış transfer pəncərəsində heyəti gücləndirmək niyyətindədir. Usman isə hələ də karyerası ilə bağlı yekun qərar verə bilməyib. “Barselona”da qalmaq istəyən Dembele klub rəhbərliyi ilə müqavilənin şərtlərində razılaşmır.
Qeyd edək ki, cari mövsümdə La Liqada 1, Çempionlar Liqasında 2 oyuna çıxan futbolçu qol vurmayıb.
0
0