“Tottenhem” Konteni buraxmayacaq
13.05.2022 - 23:39
“Tottenhem” Konteni buraxmayacaq

Antonio Konte “Tottenhem”in baş məşqçi postunda qalacaq.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi italiyalı mütəxəssisi postunda saxlamağa qərar verib.

London təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmasa belə, Konte postunu tərk etməyəcək. Paytaxt təmsilçisi mütəxəssisə maraq göstərən digər klubların təkliflərini də nəzərdən keçirməyəcək.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın hesabat turunda “Arsenal”a 3:0 hesabı ilə qalib gəlib.