“Tottenhem” müdafiəçi aldı
09.02.2022 - 12:29
İngiltərənin “Tottenhem” klubu Kristian Romeronu transfer edib.
Apasport.az saytının məlumatına görə, bunu London klubunun baş məşqçisi Antonio Konte açıqlayıb.
Premyer Liqa təmsilçisinin çalışdırıcısı bildirib ki, “Atalanta”dan icarəyə götürülən müdafiəçinin keçidi tam həll olunub: “Onu icarəyə götürmüşdük. Oyunçunu sonradan almaq hüququmuz var idi və biz müdafiəçini aldıq. O, Premyer Liqa üçün ideal oyunçudur. Premyer Liqada oynaya bilən futbolçu dünyanın istənilən liqasında çıxış edəcək”.
Qeyd edək ki, İngiltərə klubu 23 yaşlı argentinalı üçün 50+5 milyon avro ödəyəcək.
0
0