Türkiyə Super Liqasının lideri “Trabzonspor” qış fasiləsində ilk transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, “bordo-mavililər” “Başakşehir”in yarımmüdafiəçisi Edin Viskanı heyətinə cəlb edib.
Klublar arasında anlaşmaya əsasən, İstanbul təmsilçisi bu keçiddən 3,5 milyon avro gəlir götürəcək. Bosniya və Herseqovina millisinin sabiq üzvü yeni komandası ilə 2,5 illik müqavilə imzalayacaq. Bu gün iki klub prezidenti son dəfə bir araya gələcək və ondan sonra 32 yaşlı hücumameyilli oyunçunun transferi açıqlanacaq.
Qeyd edək ki, Edin Viska 2011-ci ildən “Başakşehir”in formasını geyinir.