“Traktor”dan səfər heç-heçəsi
08.01.2022 - 17:24
“Traktor”dan səfər heç-heçəsi

Təbrizin “Traktor” komandası İran çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, təbrizlilər XIV turda onunla eyni xala malik “Facr Sepasi”nin qonağı olub.

Görüş qollu bərabərliklə yekunlaşıb – 1:1. Ev sahibləri 63-cü dəqiqədə hesabı açsa da, “Traktor” 77-ci dəqiqədə Reza Delqani ilə status-kvonu bərpa edib.

Bununla hər iki komanda xallarının sayını 12-yə yüksəldib. “Traktor” hazırda 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Traktor” növbəti matçını yanvarın 13-də keçirəcək. Təbrizlilər “Nassaci”ni qəbul edəcək.