“Traktor”un məğlubiyyətinə dözməyən azarkeşi öldü
05.01.2022 - 10:13
İran çempionatının XIII turunun “Persepolis” – “Traktor” matçı xoşagəlməz hadisə ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, qonaqların azarkeşi Rasul Musavipur ürəktutmasından vəfat edib.
O, sevimli komandasının 1:2 hesablı məğlubiyyətindən sonra ölüb. Bu yenilgi “Traktor”un turnir cədvəlindəki vəziyyətini də pisləşdirib.
Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan komanda 16 iştirakçı arasında 13-cüdür.
0
0