“Visla” aparır – “Neftçi”nin futbolçusunu
31.05.2021 - 13:02
“Visla” aparır – “Neftçi”nin futbolçusunu

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk daha bir təklif alıb.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Azərbaycan millisinin futbolçusu bu ölkədə çıxış edə bilər.

Bir neçə müdafiəçisi ilə yollarını ayıran Plosk “Visla”sı 23 yaşlı oyunçunun xidmətində maraqlıdır. Yeganə problem Krivotsyukun “Neftçi” ilə müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdır. Bu keçid reallaşarsa, Krivotsyuk gələn mövsüm Varşava “Visla”sına transferi an məsələsi olan millimizin digər üzvü Mahir Emreliyə rəqib olacaq. Ancaq Ukrayna əsilli futbolçunun vətənindən də təklifləri var.

Qeyd edək ki, Anton Kvirotsyuk ötən mövsüm 21 oyunda 2 qol vuraraq “Neftçi”nin çempionluğuna töhfə verib.
 

0