“Xəzər kuboku” turniri Azərbaycanda keçirilə bilər
28.04.2022 - 10:10
“Xəzər kuboku” turniri Azərbaycanda keçirilə bilər

Futzal üzrə Azərbaycan millisi “Xəzər kuboku”nda iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev “matchtv”yə açıqlamasında xəbər verib.

O bildirib ki, ənənəvi “Xəzər kuboku” turnirinin bu ilin dekabrında İranda keçirilməsi planlaşdırılır. Tehrandakı yarışa ev sahibi komanda və Azərbaycanla yanaşı, Qazaxıstanla Rusiya yığmaları da qatılacaq.

Emil Əliyev Rusiya millisinin turnirdə iştirakında hər hansı problemin olmayacağını vurğulayıb. O, həmçinin növbəti “Xəzər kuboku” turnirinin ölkəmizdə təşkilini də istisna etməyib: “Bu turnir artıq Həştərxanda keçirilib. İndi növbə İrandadır. Qazaxıstan və Azərbaycan da bu yarışlara ev sahibliyi etmək istəyirlər”.