Daha bir Avropa klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, infeksiyanın qurbanı “Napoli” olub.
A seriyası təmsilçisinin baş məşqçisi Luçano Spallettinin testi müsbət nəticələnib. Ondan başqa müdafiəçilər Mariu Ruy ilə Keven Malkyui, komandanın personalının bir üzvü və klubun anbardarı da yoluxub.
Bu, Neapol təmsilçisindəki ilk belə hadisə deyil. Viktor Osimhen, Fabian Ruis, Elif Elmaz və İrvinq Losano da daha öncə xəstələnib. Bu qədər futbolçusu koronavirusa yoluxan komandanın A seriyasının “Yuventus”la yanvarın 6-dakı matça yollanmasına icazə verilməyəcəyi gözlənilir. Buna görə də matçın baş tutması sual altındadır.
Qeyd edək ki, “Yuventus”da da üç test müsbət nəticələnib.