“Yuventus” Merih Demiralla bağlı qərarını açıqladı
05.01.2022 - 00:00
“Yuventus” Merih Demiralla bağlı qərarını açıqladı

“Yuventus” müdafiəçisi Merih Demiralı mövsümün sonunda satacaq.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 24 yaşlı futbolçunun transferindən gəlir əldə etmək niyyətindədir.

Hazırda icarə əsasında “Atalanta”nın şərəfini qoruyan Türkiyə millisinin üzvü iki nəhəng klub “Real” və “Çelsi”nin maraq dairəsindədir. Həmçinin “Nyukasl” və “Napoli” də yayda onu heyətinə cəlb etməyi planlaşdırır. A seriyası təmsilçisi oyunçusunu sərfəli təklif göndərəcək kluba satmaq qərarına gəlib.

Qeyd edək ki, Merih Demiralın “Yuventus”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.