“Yuventus” axtardığını İngiltərədə tapdı
17.05.2022 - 00:32
“Yuventus” axtardığını İngiltərədə tapdı

“Yuventus” Corco Kyellininin gedişindən sonra müdafiənin mərkəzində yaranacaq boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” bu mövqe üçün axtardığı oyunçunu İngiltərədə tapıb.

Turin təmsilçisi “Arsenal”ın braziliyalı futbolçusu Qabriel dos Santos Maqalyansın transferində maraqlıdır. İtalyanlar 25 yaşlı oyunçunun keçidi üçün “topçular”a 45 milyon funt sterlinq təklif edib. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Qabriel Maqalyansın “Arsenal”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.