“Yuventus”a iki hücumçu təklifi
17.12.2021 - 00:35
“Yuventus”a iki hücumçu təklifi

“Yuventus”a iki futbolçu təklif olunub.

Apasport.az saytının məlumatına görə, bunlar “Arsenal”dan Pyer-Emerik Obameyanq və “Mançester Yunayted”dən Antoni Marsialdır.

Hər iki hücumçunun xidmətlərini menecerlər İtaliya klubuna təklif edib. Lakin oyunçuların maaş tələbləri “Yuventus”u razı salmır.

Marsial cari mövsümün 10 oyununda cəmi 1 qol vurub. Obameyanq isə 15 görüşdə 7 dəfə fərqlənib.