“Yuventus”da koronavirus təhlükəsi
28.12.2021 - 09:17
“Yuventus”da koronavirus təhlükəsi

İtaliya A seriyasının “Yuventus” – “Napoli” matçının keçirilməsi sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, XX turun qarşılaşmasının təşkilinə koronavirus pandemiyası təhlükə yaradıb.

İtaliya çempionatında yoluxma hallarının artması üzündən Turindəki qarşılaşmanın təxirə salınması gündəmə gəlib. Yanvarın 6-na planlaşdırılan matçla bağlı yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, bu oyun Turində keçirilməlidir.