“Yuventus”da yeni kapitan
16.05.2022 - 10:17
“Yuventus”da yeni kapitan

“Yuventus”un növbəti mövsüm üçün kapitanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Corco Kyellininin gedişindən sonra bu sarğı digər mərkəz müdafiəçisi Leonadro Bonuççiyə həvalə ediləcək.

Bunu A seriyasının XXXVII turunda “Latsio” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında baş məşqçi Massimiliano Alleqri açıqlayıb: “Artıq diqqətimizi növbəti mövsümdə etməli olduğumuz işlərə yönəltməliyik. Kapitanlıq sarğısı gələn mövsümdən Bonuççinin qolunda olacaq”. 

Qeyd edək ki, “Yuventus”un İtaliya çempionatında iki oyunu qalsa da, komanda 4-cü yeri təmin edib. Leonardo Bonuççi isə bir mövsümlük “Milan” macərasını (2017/18) nəzərə almasaq, 2010-cu ildən Turin klubunun formasını geyinir.