“Yuventus”dan ayrılır – Braziliya millisinin üzvü
11.12.2021 - 22:07
“Yuventus” qış fasiləsində yarımmüdafiəçisi Arturla yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Braziliya millisinin üzvü ehtiyatda oturmaqdan bezib və komandasını dəyişmək niyyətindədir. İspaniya, İngiltərə və İtaliya klublarının maraq dairəsində olan 25 yaşlı orta sahə oyunçusu yanvarda təkliflərdən birinin qəbul etmək fikrindədir.
Qeyd edək ki, ötən il “Barselona”dan transfer olunan Artur cari mövsüm cəmi 8 oyunda iştirak edib.
0
0