“Yuventus”un 3 futbolçusu zədələndi
20.02.2022 - 00:42
“Yuventus”un 3 futbolçusu zədələndi

“Yuventus” ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, A seriyasının XXVI turunda “Torino” ilə matçda “qoca sinyora” 3 oyunçusunu itirib.

Oyunöncəsi isinmə hərəkəti zamanı müdafiəçi Daniele Ruqani zədələnib. Nəticədə onu start heyətində Luka Pelleqrini əvəzləyib. Lakin matçın gedişində Pelleqrini də zədələnib və fasilədən sonra əvəzlənib. 54-cü dəqiqədə isə hücumçu Paulo Dibala xəsarət aldığı üçün mübarizəni davam etdirə bilməyib.

Onların fevralın 22-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la ilk oyuna hazır olub-olmayacağı bəlli deyil.

Qeyd edək ki, “Yuventus”da mərkəz müdafiəçiləri Leonardo Bonuççi və Corcio Kyellini də zədədən əziyyət çəkir.