“Yuventus”un “İnter”dən istəyi
25.12.2021 - 22:51
“Yuventus”un “İnter”dən istəyi

“Yuventus” yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” axtardığı futbolçunu A seriyasında tapıb.

Turin təmsilçisi orta sahədəki boşluğu Matias Vesino ilə doldurmaq niyyətindədir. Transferin müzakirəsi üçün artıq “İnter”lə əlaqə də saxlanılıb. Lakin “neradzurra” 30 yaşlı futbolçusu üçün gələn ilk təklifi rədd edib. Buna baxmayaraq, “Yuve” növbəti təklifə hazırlaşır.

Qeyd edək ki, 2017-ci ildən “İnter”də çıxış edən Uruqvay millisinin üzvünün müqavilə müddəti mövsümün sonuna qədərdir.