“Yuventus”un prezidenti koronavirusa yoluxdu
10.01.2022 - 16:32
“Yuventus”un prezidenti Andrea Anyelli koronavirusa yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, testi pozitiv çıxan futbol funksioneri karantinə alınıb. Anyelli İtaliya Superkubokunda komandasının “İnter”lə “San Siro”da keçirəcəyi matçı tribunadan izləyə bilməyəcək.
Qeyd edək ki, yanvarın 12-də keçiriləcək “İnter” – “Yuventus” görüşün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
0
0