“Zirə” – “Neftçi” oyununun vaxtı dəqiqləşdi
10.05.2022 - 16:53
“Zirə” – “Neftçi” oyununun vaxtı dəqiqləşdi

Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mövsümün sonuncudan əvvəlki turunun matçları eyni gündə baş tutacaq.

Qarşılaşmalar mayın 15-də keçiriləcək.

Turun 1 görüşü “CBC Sport” telekanalı, 1-i cbcsport.az, biri isə Peşəkar Futbol Liqasının yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XXVII tur
15 may (bazar)
“Səbail” – “Qarabağ”

“ASCO Arena”, 17:00

“Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”, 17:00 (“CBC Sport”/canlı)

“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 17:00 (pfl.az/canlı)

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 17:00 (cbcsport.az/canlı)