“Zirə” Macarıstan və Polşa klubu ilə qarşılaşacaq
17.12.2021 - 16:09
“Zirə” Macarıstan və Polşa klubu ilə qarşılaşacaq

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt təmsilçisi yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Bakılılar orada “İC Green Palace” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik” (Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. “Zirə” yanvarın 25-də Bakıya dönəcək.

Qeyd edək ki, “Zirə” Azərbaycan Premyer Liqasında qış fasiləsinə 22 xalla 4-cü pillədə yollanıb.