"Zirə" nigeriyalı yarımmüdafiəçi gətirdi
10.02.2022 - 20:30
"Zirə" nigeriyalı yarımmüdafiəçi gətirdi

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Ahmed Ayzaya ilə 1,5+1 illik müqavilə bağlayıb.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın "Ribeyrao",  "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”,  “Varzim” və "Kovilya" klublarında çıxış edib.