“Zirə”dən ayrıldı, 7 ay sonra özünə klub tapdı
10.01.2022 - 13:26
“Zirə”nin sabiq futbolçusu Fakundo Melivilonun klubsuz günləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçunun 7 aylıq həsrətdən sonra yeni komandası müəyyənləşib.
30 yaşlı forvard ölkəsinin “Atletiko Guemes” klubu ilə anlaşıb. Fakundo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən ilin martında “Zirə” ilə müqavilə imzalayan və iyunda komandadan ayrılan Fakundo Melivilo bir ara “Keşlə”də baxışdan keçsə də, bəyənilməmişdi.
0
0