“Zirə”ni sevindirən xəbər: “Bu, mənim üçün böyük qələbə olar”
28.04.2022 - 11:06
“Zirə”ni sevindirən xəbər: “Bu, mənim üçün böyük qələbə olar”

“Zirə”nin hücumçusu Filipe Paxtman zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, bunu braziliyalı futbolçu özü ölkəsinin mətbuatına açıqlamasında bildirib.

22 yaşlı oyunçu 6 aylıq zədədən döndükdən sonra kollektivlə birgə məşqlərə qatıldığını söyləyib: “Artıq tam sağalmışam, komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, bəlkə iki-üç həftədən sonra oyunların heyətinə düşə bilərəm. Bu, mənim üçün böyük qələbə olar. Çünki zədə aldığım vaxtdan bəri Premyer Liqaya qayıtmaq üçün mübarizə aparıram”.

Paxtman gələn mövsüm “Zirə”yə faydalı olacağını düşünür: “Əminəm ki, yaxın gələcək gözəl olacaq. Komandama bütün hədəflərinə çatmaqda kömək edə biləcəyəm. Kifayət qədər gəncəm və hələ də Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam”.

Qeyd edək ki, Filipe Paxtman zədə səbəbindən cari mövsüm heç bir matçda iştirak etməyib. Premyer Liqada sona 4 tur qalmış “Zirə” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.