“Zirə”nin futbolçusu 4 aylıq sıradan çıxdı
07.12.2021 - 13:34
“Zirə”nin futbolçusu Nemanya Andelkoviçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, serbiyalı müdafiəçi əməliyyat olunacaq.
24 yaşlı arxa xətt oyunçusu Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə matçda zədələnib. Sağ ayağının tibia sümüyündə qırıq aşkarlanan Andelkoviç gələn həftə Serbiyada əməliyyat olunacaq.
Həkimlərin fikrincə futbolçu 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər.
0
0