“Zirə”nin rəqibi bilindi
10.12.2021 - 15:53
“Zirə”nin rəqibi bilindi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk cütü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bu mərhələdə “Zirə” “Səbail”lə üz-üzə gələcək.

Sonuncular bu gün 1/8 final sədini adlayıb. Paytaxt klubu səfərdə “Zaqatala”nı məğlub edib – 3:1.

Qeyd edək ki, 1/4 finalın “Zirə” – “Səbail” matçı fevralın 2-də, cavab görüşü ayın 13-də baş tutacaq.