“Əl-Hilal” Belottini istəsə də...
11.01.2022 - 09:24
“Əl-Hilal” Belottini istəsə də...

“Torino”nun futbolçusu Andrea Belotti karyerasını Asiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı italiyalı hücumçu Səudiyyə Ərəbistanından təklif alıb.

Onun xidmətində “Əl-Hilal” maraqlıdır. Ərəblər ona görə “Torino”ya böyük məbləğ ödəməyə hazırdır. 

Belotti isə Avropanı tərk etmək istəmir. O, bir müddət öncə “Nyukasl”a keçiddən də imtina edib.

Qeyd edək ki, Andrea cari mövsümün 10 oyununda 2 qol vurub.