Roman Pokoranın yubileyində antirekord qeydə alınıb
30.03.2008 - 10:33
Zaqatala. Vüqar Xeyrullayev-APA-Sport. Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora Azərbaycanda 50-ci oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 2006-cı ilin iyununda Azərbaycana gələn 60 yaşlı mütəxəssis indiyədək komandasını 50 rəsmi oyuna çıxarıb. 2006/07 mövsümündən etibarən “Simurq”a rəhbərlik edən ukraynalı baş məşqçi Azərbaycan Premyer Liqasının 42, ölkə kubokunu 8 matçında komandanı meydana çıxarıb. Bu görüşlərdə 20 qələbə qazanan Zaqatala təmsilçisi 11 dəfə heç-heçə edib və 19-cu məğlubiyyətini alıb. R.Pokoranın komandası bu müddətdə 80 qol vuraraq 56 dəfə məyus olub.
Maraqlıdır ki, R.Pokora yubiley oyununda həmyerlisi Valentin Xodukinin çalışdırdığı “İnter”lə qarşılaşıb. Yubileyini məğlubiyyətlə qeyd edən R.Pokora üçün bakılılara 3:4 hesabı ilə uduzmaq, həm də onun üçün antirekordun təkrarıdır. Belə ki, 60 yaşlı mütəxəssis Azərbaycana gələndən yalnız bir dəfə komandası bu qədər çox qol buraxıb. 2006/07 mövsümünün 2-ci turunda “Simurq” səfərdə “Gənclərbirliyi”ndən 4 qol buraxmışdı – 2:4.
Qeyd edək ki, ukraynalı çalışdırıcı həmyerliləri İqor Nakoneçnı, Anatoli Konkov, Valentin Xodukin, həmçinin türkiyəlilər Naci Şensoy və Rasim Karadan sonra Azərbaycanda 50 oyun həddinə çatan 6-cı əcnəbi məşqçidir.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0