Rasim Kara: “Futbolçu yoxdursa, Berti Foqts bir həftəlik toplanışla nəyə nail ola bilər?”
31.03.2008 - 15:22
Rasim Kara: “Futbolçu yoxdursa, Berti Foqts bir həftəlik toplanışla nəyə nail ola bilər?”
Türkiyəli mütəxəssis bildirib ki, Azərbaycan futbolunun problemlərinin almaniyalı məşqçilərlə həll olunacağına inanmır: “Milli komandanın problemi məşqçi deyil. Uşaq futboluna fikir verib oyunçu yetişdirmək lazımdır. Futbolçu yoxdursa, məşqçi bir həftəlik toplanışla nəyə nail ola bilər? Foqts səviyyəli mütəxəssisdir. Təbii ki, millinin oyunlarında onun işi hiss olunacaq. Amma bu, Azərbaycan futbolunun xilası deyil”. R.Kara qeyd edib ki, almaniyalı həmkarını hələ futbolçu vaxtlarından tanıyır. Hətta “Qarabağ”ın baş məşqçisi B.Foqtsla meydanda üz-üzə də gəlib: “Onu çox yaxşı tanıyıram. Karyeramın ən pis oyunu məhz onun iştirakı ilə keçib. 1975-ci ildə Almaniya millisi ilə Türkiyə yığması qarşılaşırdı. Foqts da meydanda idi. Karyeramda birinci və sonuncu dəfə bu qədər çox qol buraxdığım matçda 0:5 hesabı ilə məğlub olduq. Berti qol vurmasa da, 4 dəfə fərqlənməyinin qarşısını aldım. Üstəlik, Frans Bekkenbauerin penaltisini qaytardım. Elə həmin vaxtdan Foqtsun karyerasını izləmişəm”.


0