Azərbaycan yığmaları Almaniyanın 4 klubu ilə qarşılaşacaqlar
04.04.2008 - 15:10
Azərbaycan yığmaları Almaniyanın 4 klubu ilə qarşılaşacaqlar
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət yığmalarının Almaniyanın Frankfurt şəhərində keçirəcəkləri təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaqları rəqiblər müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 7-dən 15-dək Frankfurtda olacaq U-19 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yaşar Vahabzadənin yetirmələri “Ayntraxt” (9 aprel), “Maynts-05” (11 aprel) və “Hoffenhaym” (14 aprel) klubundan olan həmyaşıdlarını sınağa çəkəcəklər. U-17 isə 15-22 aprel aralığında Almaniyada olacaq. Bernard Lippertin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi zamanı “Vehen”lə görüşəcək. Təlim-məşq toplanışları yığmalarımız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
0